Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi məntiqə uyğundur
Bu gün Azərbaycan yenidən qurulub. Ən ucqar rayonumuzun kəndlərində belə inkişaf gedir. Bunu SİA-ya açıqlamsında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Onun sözlərinə görə, xalqımız çox müdrikdir: "Həyin düz, nəyin əyri olduğunu görür. I Avropa Yay Olimpiya oyunlarının Bakıda keçirilməsi ölkə prezidenti İlham Əliyevin apardığı düzgün siyasətin və Avropada qazandığımız inamın nəticəsidir. Bu Azərbaycanın beynəlxalq nüfuzunun bir başa təzahürüdür. Bunu olimpiya komitələrinin üzlərinin çıxışlarından da görmək olar. Onlar çıxışlarında Azərbaycanın böyük bir dövlət olduğunu bildirir ki, bütün bunlar da Azərbaycan üçün ən böyük göstəricidir. Biz də gənclər olaraq çox sevinirik və cənab prezidentimizə təşşəkürümüzü bildiririk. Azərbaycan dünyada bir çox yeniliklərin təşəbbüskarı rolunda çıxış edib və bu gün də edir. Azərbaycanda hər il Beynəlxalq Humanitar Forum keçirilir. Bu il keçirilən Humanitar Forumda 10-a yaxın Nobel mükafatçısı iştirak edirdi. Bütün bunlar göstərir ki, Azərbaycan humanitar və elm sahəsində inkişafın, yeniliklərin tərəfdarıdır. Bütün dünyaya bildirir ki, bu sahədə əməkdaşlığa hazırdır və bu forumların bilavasitə təşkilatçısıdır. Bundan başqa Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçildiyi gündən başlayaraq Azərbaycan idman arenasına və dövlətinə çevrilib. Artıq Azərbaycanda bütün idman növlərinin bazası yaradılıb. Azərbaycan bütün idman növlərində öz imzasını artıq qoyub. Təsadüfi deyil ki, bu il olimpiya oyunlarında 10 medal qaznmışıq. Bütün bunlar ölkədə aparılan idman siyasətinin nəticəsidir ki, I Avropa Olimpiya oyunları Azərbaycanda keçirilir və ölkəmiz buna hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB