Əli Kərimlinin "seçki yolu müxalifətin vahid namizədi seçilsin" təklifinə partiya sədrlərinin etirazları davam edir. Məsələyə bir sıra partiya sədrləri, millət vəkilləri, siyasətçilər münasibət bildirərək bunun qeyri-mümkün və gülməli olduğunu bildirdilər.
Müxalifətin boş xəyallarla uzun illərdir baş aldatdığını deyən Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə SİA-ya açıqlamasında bildirdi ki, onların belə təklif səsləndirməsi artıq bir neçə dəfə təkrarlanıb: "Əvvəla, desinlər görək bu seçkini kim keçirəcək və necə keçirəcək? Bəs bunun pulunu kim verəcək? Əgər bu seçki keçirilsə, onda gərək bütün Respublika üzrə keçirilsin. O zaman bilirsiniz bu nə qədər pul tələb edir? Bu qeyri-real bir şeydir. Müxalifət son 20 ildə bir dəfə də real təklif irəli sürməyib. Onların bütün təklifləri xəyaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB