"Əli Kərimlinin cəhdi sadəlövhlükdür"

"Əli Kərimlinin cəhdi sadəlövhlükdür"

Sabir Rüstəmxanlı: "Bu rea görünmür"

Əli Kərimlinin praymeriz seçki təklifi ölkəmizdə fəaliyyət göstərən partiya sədrləri tərəfindən düzgün mövqe kimi qiymətləndirilmir. Partiya sədrləri hesab edirlər ki, indiki şəraitdə elə də böyük imkanlar sahibi olmayan müxalifətin seçki yolu 2013-cü il üçün vahid namizədini müəyyənləşdirmək sadəlövhlükdür.

Məsələyə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı münasibət bildirib. Millət vəkili SİA-ya açıqlama verərək qeyd edib ki, bu, müxalifət partiyalarının birləşməsi istiqamətində cəhd ola bilər. Ancaq bu real görünmür: "Çünki müxalifətdəki indiki şəraitə, partiyaların durumuna, psixologiyasına və partiyaların təcrübəsinə baxanda bunun reallığına inanmıram. Yəni bu heç də real görünmür".

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə