Ermənistan prezidenti yenə sərsəmlədi

Serj Sarkisyan: "Bütün dünya Dağlıq Qarabağın Azərbaycan tərkibində olmayacağını bilir"
Ermənistan prezidenti yenə sərsəmlədi

Livanın paytaxtı Beyrutda Haykazyan Universitetində tələbələrlə görüşən Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ problemi və Türkiyə ilə imzalanmış protokollarla bağlı təxribatçı bəyanatlar verib. SİA-nın agos.com.tr saytına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti Türkiyə ilə imzalanmış protokolların Türkiyənin xeyrinə olduğunu, ancaq qarşı tərəfin bunu qəbul etmək istəmədiyini deyib.

Beyrutdakı ermənilərin yaratdığı Haykazyan Universitetində müəllimlər və tələbələrlə görüşən Ermənistan prezidenti ölkəsində çox ciddi problemlərin olduğunu bildirib: "Sosial-iqtisadi problemlər bu gün Ermənistanın mühüm problemlərindəndir. Ancaq qarşımızda duran iki əsas məsələ var ki onların həllinə çalışırıq. Bunlar Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququ və Türkiyə tərəfindən "erməni soyqrımı"nın tanınmasıdır".

Ermənistan prezidenti: "Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanın haqlı mövqeyi bütün dünya tərəfindən qəbul edilir. Bütün dünya Dağlıq Qarabağın Azərbaycan tərkibində olmayacağını bilir", - deyib.

Livan səfəri zamanı burda yaşayan ermənilər tərəfindən etirazlarla qarşılanan S.Sarkisyan çıxışında bildirib ki, "biz erməni soyqrımını unutmamışıq ancaq həmvətənlilərim elə bilir ki, biz Türkiyə ilə imzalanmış protokolları onların mənfəəti üçün imzalamışıq. Biz konstruktiv mövqedəyik. Bunu mövqeyimiz bütün dünyaya bəllidir. Biz danışıqlar prosesindən heç bir zaman imtina etməmişik. Problemlərin ən qısa yolu müzakirələrin davam etdirilməsidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə