Asəf Hacıyev: "Ermənistan məktubu yox, ağlını itirib"

Asəf Hacıyev: "Ermənistan məktubu yox, ağlını itirib"

"Bu ilin avqust ayında Ermənistan tərəfinə dəvət göndərilmişdi və dəvətin alınması barədə təsdiq sənədi də alınmışdı, lakin Ermənistan tərəfi guya dəvət almadığını bildirdi, sonra isə həmin dəvət məktubunun itirildiyi dedi. Onu qeyd edim ki, Ermənistan məktubu yox, ağlını itirib". SİA-nın məlumatına görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyev qurumun Baş Assambleyasının 40-cı iclasının yekunlarına həsr olunan mətbuat konfransında Ermənistanın toplantıya qatılmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi təhlükəsizliyə təminat istəyib.

"Biz hər zaman beynəlxalq tədbirlərdə ən yüksək səviyyədə təhlükəsizliyə təminat vermişik. Mən qurumun Ermənistanda keçirilən iclasında iştirak etmişəm və heç bir təhlükəsizlik təminatı tələb etməmişəm", - Hacıyev deyib.

Onun sözlərinə görə, əhəmiyyətli qərarlardan biri TÜRKPA-nın QİƏT PM-də müşahidəçi statusu alması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə