Putin Türkiyədə nəyi həll edəcək?

Putin Türkiyədə nəyi həll edəcək?

Rusiyanın prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. SİA-nın məlumatına görə, Türkiyə-Rusiya Yüksək Səsviyyəli Strateji Əməkdaşlıq Toplantısına qatılmaq üçün oktyabrda İstanbula gəlməli olan, lakin daxili problemlərlə əlaqədar səfəri təxirə salınan Putin dekabrın 2-də İstanbula gedəcək. Baş nazir Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də Rusiyanın dövlət başçısını Dolmabahçe sarayında qəbul edəcək.

Gündəmin ən önəmli müzakirə mövzusu isə Bəşər Əsəd idarəçiliyi və Türkiyənin NATO-dan tələb etdiyi "Patriot" raketləri olacaq.

Qeyd edək ki, V.Putinin 14-15 noyabr tarixində Türkiyəyə, Hisdistan, Pakistan, Türkmənistan, Bolqarıstan və Ermənistana səfərlərini təxirə salmasından sonra dövlət başçısının xəstələnməsi barədə şayiələr yayılmışdı. Kremlin sözçüsü Peskov isə 60 yaşlı prezidentdə əzələ zədələnməsi olduğunu açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə