II Respublika Elmi Konfransına yekun vuruldu

II Respublika Elmi Konfransına yekun vuruldu

Sumqayıt Dövlət Universitetində (SDU) oktyabrın 31-də başlanan "Monomerlər və polimerlər kimyasının müasir problemləri" II Respublika Elmi Konfransının işinə yekun vurulub. SDU-dan SİA-ya verilən məlumata görə, konfransın plenar iclasını universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq konfrans barədə məlumat verib. Rektor qeyd edib ki, SDU tərəfindən bugünədək 17 beynəlxalq, 28 respublika konfransı keçirilib. Son 10 ildə universitetin 17 əməkdaşı elmlər doktoru, 84-ü isə elmlər namizədi adını alıb. "Ölkəmizin iqtisadi inkişafı bütün istiqamətlər üzrə yeni texnologiyaları mənimsəmiş kadrların yetişdirilməsini tələb edir ki, Sumqayıt Dövlət Universiteti də bu baxımdan ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biri kimi çıxış edir" – deyə, rektor bildirib.

Daha sonra Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, SDU-nun professoru Abbas Quliyevin, AMEA-nın Rəyasət heyətinin akademik katibi, akademik Vaqif Fərzəliyevin çıxışları, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun laboratoriya rəhbəri, professor Əli Əhmədovun, AMEA-nın Neft-kimya prosesləri İnstitutunun laboratoriya rəhbəri, professor Münəvvər İbrahimovanın, SDU-nun professoru Niyazi Rəsulzadənin və Polimer Materialları İnstitutunun laboratoriya rəhbəri, professor Bəxtiyar Məmmədovun məruzələri dinlənilib.

Növbəti iki gün ərzində isə konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın işinə elmi işlər üzrə prorektor professor Yadigar Hüseynov yekun vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə