"Oktyabr ayının 27-də keçirilən Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü danışıqlar prosesinin bütövlükdə kəsildiyi bir dövrə təsadüf edirdi". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.
Onun sözlərinə görə, yanvar ayından bəri Ermənistan və Azərbaycan Prezidentlərinin təması olmayıb və bunun bütün məsuliyyəti Ermənistanın üzərinə düşür: "Xarici işlər nazirlərinin isə görüşü baş tutdu və həmsədrlər bunula bağlı konkret bəyanatla çıxış etdilər. Bəyanatı izlədikdə bir neçə məqam diqqəti cəlb edir. Birincisi, həmsdərlər vəziyyətin kifayət qədər gərgin olduğunu ifadə edirlər və bu vəziyyətdə bu görüşün keçirilməsinin vacibliyi ideyası öz əksini tapır. İkincisi, danışıqların bundan sonra da davam etdirilməsi haqqında razılaşma əldə olunub. Bildiyiniz kimi, Ermənistan danışıqlardan imtina etmişdi amma burada razılaşma əldə olunub. Mənə belə gəlir ki, burada diqqəti cəlb edən əsas məqam üçüncü məqamdır. Bu da onunla bağlıdır ki, danışıqlar prosesində münaqişə tərəflərinə yeni təkliflərlə bağlı ideyalar irəli sürülüb və bu təkliflər tərəflərə təqdim olunub. Təkliflərin əsas ideyaları isə həmsədrlərin regiona səfərləri zamanı müzakirə olunacaq və sonra bəlli olacaq ki, söhbət hansı ideyalardan gedir. Hər-halda həqiqət ondan ibarətdir ki, vəziyyət kifayət qədər mürəkkəbdir və Ermənistanın atdığı son addımlar vəziyyəti daha da ağırlaşdırır".
XANIM NAĞIYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB