"Ölkədə seçkilərə münasibət birmənalı deyil"

"Ölkədə seçkilərə münasibət birmənalı deyil"

"2013-cü il Azərbaycan respublikasının Dövlət büdcəsi layihəsində siyasi partiyalara ayrılan 2 milyon vəsait yeni olduğu üçün reallığı o qədər də əks etdirmir". Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) mərkəzi şurasının üzvü Əli Orucov deyib.

Onun sözlərinə görə, büdcədən maliyyələşmə məsələsinin Milli Məclisdə müzakirə olunması doğru yanaşma deyil: "Çünki parlamentdən kənarda da qalan partiyalar var idi. İkincisi, ölkədə seçkilərə münasibət birmənalı formalaşmayıb. Kimi seçkiləri demokratik, kimisi isə qeyri-demokratik kimi qələmə verir. Onu da nəzərə almaq lazımdır ki, parlamentdə təmsil olunan 13 partiyadan Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə yerdə qalan partiyalara bu vəsait bəs edir. Əgər AMİP-ə də bu maliyyə vəsaiti ayrılsaydı, daha da yaxşı olardı. Çünki bununla partiya ölkənin gələcək inkişafına, siyasi xəttinə öz töhfəsini vermiş olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə