Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadənin "Səs"TV-yə müsahibəsi:
- Aydın müəllim, bildiyiniz kimi Azərbaycanın müstəqillik qazanmasından 21 il ötür. Həmin günləri o dövrün hadisələrini necə xatırlayırsınız?
- O, vaxt Azərbaycan üçün çox çətin bir dövr idi. 1987-ci ildə Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması və ermənilərin separatçılığa başlaması Azərbaycanı gərgin vəziyyətə saldı. Daha sonra bir-birinin ardınca baş verən hadisələr Azərbaycanın Mərkəzi Moskva tərəfindən sıxışdırıldığına, hüquqlarının tapdandığına dəlalət edir. Bu baxımdan SSRİ-nin dağılması, Azərbaycanın müstəqilik əldə etməsi xalqımız üçün böyük bir sevinc idi. Artıq Azərbaycan mərkəzdən idarə olunmadan öz problemlərini müstəqil şəkildə həll edə bilən bir dövlətə çevrilib. Və 1991-ci il 18 oktyabr hadisəsi təkcə həmin dövrdə parlamentdə əyləşənlərin deyil, ümumilikdə Azərbaycan xalqının qərarı idi.
- 2013-cü il Azərbaycan Respublikasının Dövlət büdcəsi layihəsində siyasi partiyalara ümumilikdə 2 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Bu ayrılan vəsait partiyaların inkişafına yetərlidirmi və onun bölgü sistemi necə aparılacaq?
- İlk dəfədir ki, Azərbaycan Respublikası Dövlət büdcəsinə siyasi partiyaların maliyyələşməsi ilə bağlı bənd əlavə edilib və bu bənd kifayət bqədər böyük bir rəqəmdir. 2 milyon manat Azərbaycanda partiya sisteminin qərarlaşması və möhkəmlənməsi üçün dövlət tərəfindən verilən böyük bir dəstəkdir. Bölgü mexanizmi isə konkret olaraq nəzərdə tutulub. Belə ki, bu ancaq Parlament seçkilərində müvafiq nəticə əldə edən partiyalar arasında bölünür. Bir qisim əldə etdiyi deputat mandatının yerlərinə görə, bir qisim isə 3 faizdən çox səs toplayan, ancaq Parlamentə düşə bilməyən partiyalara verilir. 2010-cu ilə 3-cü qrup partiyalar yaranmadığına görə ola bilər ki, gələn şeçkilərdə belə partiyalar olsun və onlar da nəzərdə tutulan məbləği ala bilsinlər. Bu bölgü kafayət qədər şəffaf və kifayət qədər ədalətlidir. Təqribi hesablama göstərir ki, Yeni Azərbaycan Partiyası (YAP) 1 milyondan çox, bir deputat olan yer isə il ərzində 100 min manat vəsait ala biləcək. Nəzərə alsaq ki, YAP-ın 70-dən çox üzvü var, 70 ilə 1 arasındakı fərq həddindən artıq yumşaldılıb. Gələcəkdə isə bu təcrübədən irəli gələrək bu mexanizmin dəyişdirilməsi və ya saxlanması məsələsi müzakirə oluna bilər.
- Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) 20 illiyi qeyd olunacaq. Həmin geridə qoyduğumuz bu il ərzində partiya hansı uğurlara imza atıb ?
- Yeni Azərbaycan Partiyası siyasi fəaliyyətini daha da genişləndirir, qarşıya qoyduğu məqsədinə doğru inamla irəliləyir. YAP yeni Azərbaycan qurmağı, ədalətin bərpası, hüquqi dövlərin mövcudluğunu elan edib və bu gün də həmin prinsipləri müdafiə etməkdədir. 1992-ci ildə yaranan partiya qısa bir müddətdən sonra hakimiyyətə gəldi və bu gün YAP cəmiyyətin əksəriyyətinin dəstəklədiyi partiyadır.
- "İctimai Palata"da son günlər istefa səsləri eşilməkdədir və bu artıq mütəmadi hal alıb. Bununla bağlı nə deyə bilərsiniz və həmin məsələləri necə xarakterizə etmək olar?
- "İctimai Palata" artıq "ictimaiyyətsiz" bir palata oldu. Hətta bunu həmin İP-də istefa verən üzvlərdən biri söyləyib. İP demokratik mərkəz ola bilmədi. Prinsip etibarı ilə siyasi partiyaların əvvəldən mövcud olan konfliktləri və qarşıdurmaları İctimai palatada özünü göstərdi. Cəmiyyətlə əlaqəsi olmayan qurum heç bir zaman demokratiya dəyərlərinin daşıyıcısı ola bilməz. İstefalar həmin qurumun daxilindəki atmosferi əks etdirir. Onlar bu gün istefa verməsələr belə "İctimai Palata" daxilində qurumun fəaliyyətindən narazı olan, onun apardığı siyasətin məqsədinin demokratikləşməni deyil, kiminsə iddialarını təmin etməsinin olduğunu vurğulayan kifayət qədər adam var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB