Tahir Kərimli: "Müxalifət düşərgəsini təmsil edən qüvvələr bir müddət gündəmdə qalmaq üçün bu cür icazəsiz aksiyalar keçirməyə can atır"
Müxalifət oktyabr ayının 13-də icazəsiz aksiya keçirməyi planlaşdırır. Amma həmin qüvvələr tərəfindən keçiriləcək aksiyalar təxirə salınıb. Müxalifətin təmsil edən qüvvələrin bu aksiyaların keçirilməsini təxirə salmasının səbəbini nə ilə izah edərdiniz? Müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirmək istəyinin arxasında hər hansı bir xarici qüvvələrin dayandığını söyləmək olarmı? Müxalifət qüvvələri bu cür icazəsiz aksiyalar keçirməklə diqqəti özlərinə cəlb etmək istəyirmi?
Bu sualları cavablandıran Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, müxalifət qüvvələrinin oktyabr ayının 13-də keçiriləcək icazəsiz aksiyaları təxirə salmasının əsas səbəbi öz zəifliklərini başa düşməsi ilə bağlıdır. Müxalifət qüvvələri çox gözəl bilir ki, əgər onlar icazəsiz aksiyaları keçirsəydi rüsvay olacaqdı. Yəni, bu aksiyalarda özlərindən başqa heç kəs olmayacaqdı. Ümumiyyətlə, ölkədə hər hansı bir aksiya keçirmək üçün sosial bazaya malik olmaq lazımdır. Amma gördüyünüz kimi, müxalifət sosial bazaya malik deyil.
T.Kərimli qeyd edib ki, müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirmək istəyinin arxasında xarici qüvvələrin var olduğunu demək olar. Amma son vaxtla xarici qüvvələrin özləri müxalifətə biganə yanaşır. Çünki müxalifət qüvvələri xaricdən dəstək aldığı halda onlar yedənə fəaliyyətsizlik nümayiş etdirirlər. Yəni, xarici qüvvələrin sifarişini tam yerinə yetirə bilmir. Demək olar ki, heç vaxt müxalifət qüvvələri xalqın dəstəyini qazana bilməyib. Bir sözlə, müxalifət təmsilçiləri 20 il bundan əvvəl xalqın dəstəyini itirib. Müxalifət təmsilçilərinin çağırışlarına xalq biganə yanaşır. Ona görə də, müxalifətçilər ölkədə hər hansı bir icazəsiz aksiyalar keçirsə belə, sonda məğlubiyyətə uğrayacaqdır. Bir sözlə, hər zaman olduğu kimi bu dəfə də müxalifət qüvvələrinin arzusu arzu olaraq ürəyində qalacaq. Ümumiyyətlə, müxalifətin bu cür xoşagəlməz əməllərə əl atması heç də ictimaiyyət tərəfindən yaxşı qarşılanmır.
Partiya sədri sonda onu da əlavə edib ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr bir müddət gündəmdə qalmaq üçün icazəsiz aksiyalar keçirməyə can atır. Müxalifət elə hesab edir ki, güya bu qüvvələr ölkədə icazəsiz aksiyalar keçirsə, belə hərəkətlərlə ictimai rəyi çaşdıracaqlar. Belə ucuz şoular sadəcə onların özlərini nümayiş etdirmək düşüncəsindən irəli gəlir.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB