Səfir: "İkitərəfli əlaqələr hər iki xalq üçün vacibdir”

Səfir: "İkitərəfli əlaqələr hər iki xalq üçün vacibdir”

"Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələr hər iki xalq üçün vacibdir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Teimuraz Şaraşenidze Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Gürcsütan və Azərbaycan əlaqələri bundan sonra da inkişaf edəcək və daha da dərinləşəcək: "Bizim bütün sahələr və istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyəli əməkdaşlığımızı var".

T. Şaraşenidze həmçinin bildirib ki, strateji əməkdaşlıq əlaqələrimiz bundan sonra getdikcə daha da dərinləşəcək.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə