"İşlər belə getsə, Türkiyənin də Avropa İttifaqına ehtiyacı qalmayacaq" SİA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında Türkiyənin keçmiş baş naziri Məsut Yılmaz bildirib.
"Azərbaycan Afrikadakı uzaq bir ölkə deyil və Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinin həll olunmasında aktiv rol oynamalıdır", - deyə sabiq baş nazir vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı tələbatını ödəmir və bu da qarşılıqlı əməkdaşlığa müsbət təsir göstərmir.
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı daim Azərbaycanın yanındadır. Avropa buna görə Türkiyəni birtərəflikdə ittiham edir. Lakin bu birtərəflik deyil, Türkiyə ədalətin yanındadır. Əgər Türkiyənin mövqeyi belə haqsız ittiham olunarsa düşünürəm ki, yaxında Türkiyənin də Avropa Birliyinə ehtiyacı qalmayacaq"- deyə, Məsut Yılmaz bildirib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB