Elmar Məmmədyarov Sloveniyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov Sloveniyalı həmkarı ilə görüşüb

Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sloveniyanın Xarici İşlər Naziri Karl Erjavec ilə görüş keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları müzakirə edilib və əlaqələrin genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə hər iki ölkədə biznes forumların keçirilməsi və iqtisadiyyat sahəsinə məsul olan dövlət və özəl qurumların təmaslarının artırılması barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə