"Ramil Səfərovun qayıtması erməni lobbisinin nüfuzunu azaltdı" MÜNASİBƏT
"Terror təşkilatının hər zaman terror törətməsi birmənalıdır. Ermənistanın ASALA terror təşkilatı əvvəlki müddətdə türk diplomatlarının qətlini təşkil edirdi. İndi isə türklərlə yanaşı, Azərbaycan diplomatlarını da qətl etmək istəyirlər. Buna görə də hədələyici məktublar göndərir, bəyanatlar yayırlar". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov terror təşkilatının yaydığı bəyanatı təkzib etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, terror təşkilatının yenidən gündəmə gəlməsinə səbəb isə Macarıstanda həbsdə olan və bir müddət əvvəl Azərbaycana geri qaytarılan və prezidentimiz İlham Əliyevin tərəfindən əfv edilməsi göstərilir: "Bəyanatın verilməsi Ermənistan tərəfinin Azərbaycan diplomatlarını qorxutmaq və bir qədər çəkindirməyə çalışmaları idi. Bəyanatın təkzib edilməsi isə belə bir açıqlamanın dünya ictimaiyyəti tərəfindən heç də yaxşı qarşılanmamasıdır. Faktiki olaraq erməni tərəfi mesajı verir, eyni zamanda da bunu təkzib edir".
"Təbii ki, bu kimi məsələlərdən asılı olmayaraq zabit Ramil Səfərovun əfv olunması ilə Azərbaycan Ermənistanla münasibətdə mövqeyi ortaya qoyub. Dağlıq Qarabağ məsələsi Azərbaycanın suverenliyi daxilində həll edilməyincə ölkəmiz Ermənistanla heç bir əlaqə qurmayacaq. Bununla yanaşı, beynəlxalq layihələrdə də heç bir əməkdaşlıq etməyəcək",- deyə V. Bayramov əlavə edib.
Ekspert onu da vurğulayıb ki, Ramil Səfərovun vətənə qaytarılması Ermənistan lobbisinin müəyyən qədər bu istiqamətdə nüfuzunun azalması demək idi: "Çünki erməni lobbisi zabitimizin vətənə qayıtmasına qarşı idi. Hətta onların təzyiqi ilə Ramil Səfərova ömürlük həbs cəzası verilmişdi. İlham Əliyevin R.Səfərovun vətənə qaytarması və onu əfv etməsi bir daha göstərdi ki, Ermənistandan güclüyük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB