Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir
- Mais müəllim, müxalifət düşərgəsində yeni qurumların yaradılması düşərgə daxilindəki pərakəndəliyi, dağınığlığı aradan qaldıra bilərmi?
- Siyasi prosesləri izləyən ekspertlərin bu fikirdədir ki, müxalifətin qüvvələrinin yaratdığı qurumların heç bir dayanaqlı və uzun müddətli deyil. Çünki həmin qurumları yaradan partiyaların özlərinin arasında çox fikir ayrılıqları və ziddiyyətli var. Məhz həmin ziddiyyətlər müxalifətdə yaradılan birliklərin davamlı olmasına mane olur. Müxalifət təmsilçilərinin növbəti dəfə yaratdıqları qurumların da əvvəlkilərin taleyini yaşamalı olacaq.
- Müxalifətin ayrı-ayrı bloklarının, qrumlarının yaradılması nəticə etibarı ilə düşərgə daxili qeyri-müəyyənliyin eləcə də gərginliyin və bütün bunların fonunda parçalanmaların daha da dərinləşməsinə gətirib çaxarmayacaq ki?
- Demək olar ki, hər zaman müxalifət daxilində ziddiyyətlər qurumların yaradılması zamanı baş verir. Çünki belə birliklər yaradılan zaman müxalifətin "vahid namizəd" məsələsi ortaya çıxır. Yəni, müxalifət düşərgəsində ayrı-ayrı bloklarının, qrumlarının yaradılması nəticə etibarı ilə yaradılan həmin qurumlarda mövcud bir fikirin olmaması çox keçmir ki, parçalanaraq dağılmasına səbəb olur.
- Ayrı-ayrı partiyaların müxtəlif qrumlarda birləşməsi onların "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlməsində ciddi problemlər yaratmayacaq ki?
- Təbii ki, müxalifətdə ayrı-ayrı partiyaların müxtəlif qrumlarda birləşməsi onların "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlməsində çox ciddi problemlər yaradacaqdır. İnandırıcı deyil ki, müxalifət "vahid namizəd" məsələsini həll edə bilsin. Hər zaman müxalifəti təmsil edən qüvvələr bu cür məsələlərə əl atsalar da nəticədə müsbətə doğru heç nəyə nail ola bilməyiblər. Bir məsəl var ki, "güc birlikdədir". Əgər müxalifət qüvvələri arasında birlik yoxdursa gücdə olan deyil. Bir mənalı şəkildə demək olar ki, bu gün müxalifət düşərgəsini təmsil edən qüvvələrin heç birinin siyasi gücü yoxdur ki, nə isə bir iş görərək nə isə nail ola bilsinlər. Onların bu cür vəziyyətə düşməsinin də səbəbi xalq tərəfindən heç bir dəstəyə malik olmamalarıdır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB