Musa Qasımlı: "Terror Ermənistanın əsas siyasətidir" AÇIQLAMA

Musa Qasımlı: "Terror Ermənistanın əsas siyasətidir" AÇIQLAMA

Amerikanın (ABŞ) öz evində vurulması dünyanı tamamilə dəyişdi və terrorizm qlobal bir problem kimi dünyanın önünə çıxdı. Bunu SİA-ya açıqlamasında Millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ-da baş verən terror aksiyasına bu cür reaksiya verib: "11 sentyabr 2001-ci ildə Amerikada yaşanan bu hadisəyə Azərbaycan respublikasının mərhum prezidenti Ulu öndər, Heydər Əliyev bəyanat verdi. Həmin bəyanatda bildirildi ki, Azərbaycan birmənalı şəkildə Amerika dövlətinin yanındadır və onun acısını bölüşür. Azərbaycan Amerika xalqına terrorla mübarizə üçün hər cür kömək etməyə hazırdır. Ölkəmizdə bununla bağlı matəm günü, eləcə də ABŞ-la həmrəylik elan edildi. Hətta Azərbaycan hava məkanını ABŞ üçün açaraq yaxın Orta Şərq siyasətini həyata keçirən böyük dövlətlər üçün ölkəmizin çox uğurlu tərəfdaşlığına şərait yaratdı".

Millət vəkili bildirdi ki, bundan sonra ABŞ-ın Azərbaycana siyasətində böyük dönüş yarandı: "Bundan sonra Əfqanıstan ABŞ-ın xahişi ilə Azərbaycandakı sülhməramlı hərbi əməliyyatlarda iştirak etməyə başladı. Beləcə ABŞ Azərbaycanın əhəmiyyətini daha aydın başa düşməyə başladı".

M.Qasımlı həmçinin sözlərinə əlavə etdi ki, tariximizdə ən əhəmiyyətli hadisələrdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. Hətta Cənab prezident İlham Əliyev özü dünya arenasında dəfələrlə terrorizmlə mübarizə sahəsində mütəmadi çıxışlar edib. Bu bir daha onu göstərir ki, Azərbaycan terrordan əziyyət çəkən ölkədir. 32 dəfədən çox ermənilər tərəfindən terrora məruz qalmışıq. Ermənistanda terror dövlət siyasəti səviyyəsinə qaldırılır. Azərbaycan terrorizmə qarşı dünyanın qabaqcıl ölkələri ilə birlikdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə