"Ermənistanın Dağlıq Qarabağı tanıması cəfəngiyyatdır"

"Ermənistanın Dağlıq Qarabağı tanıması cəfəngiyyatdır"

"Ermənistanın Dağlıq Qarabağı (DQ) tanıya biləcəyi haqda yayılan məlumatlar cəfəngiyyatdır. Onlar bu layihəni parlamentə çıxarsalar da yalnız bir səs qazana bildilər". Bunu SİA-ya açıqlamasında Millət vəkili Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, Ermənistan dövləti özü çox aydın şəkildə başa düşür ki, bu gün Dağlıq Qarabağın statusu açıqdır: "Azərbaycan bu məsələni BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirəcək və orada da Ermənistanın qərarını pisləyəcək. Bununla belə Dağlıq Qarabağın müstəqilliyini tanımamağı məsləhət görəcək. Buna görə də hesab edirəm ki, Ermənistanın hakim partiyasının deputat fraksiyası bu layihəyə bilərəkdən səs vermədilər".

Bütün xəbərlər Facebook səhifəmizdə