ASALA erməni terror təşkilatı Livandakı düşərgələrdə mövcuddur. Bəlkə də qismən Suriyada. Onlar Avropa ölkələrinə əl-qol atmaq iqtidarında deyillər. Yalnız və yalnız hədə-qorxu ilə çıxış edə bilərlər. Bunu SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, hər bir halda bu erməni terror təşkilatının Azərbaycanla bağlı bəyanatı ciddiyə alınmalıdı: "Bunu mütləq şəkildə bütün ictimaiyyətə, dövlətə çatdırmalıyıq və öz tərəfimizdən də eyni zamanda primitiv təhlükəsizlik tədbirləri görməliyik. Hesab edirəm ki, onların içərisində nə qədər desən başı xarab olan var. Amma bu da bir reallıqdır ki, ASALA-da artıq ASALA-lıq qalmayıb".
Millət vəkili ASALA terror təşkilatının PKK terrorçuları ilə birgə fəaliyyətinə də aydınlıq gətirdi: "Ola bilər. Hər halda PKK da, ASALA da solçu təşkilatlardır. İstisna etmirəm ki, onlar PKK libası ilə çalışa bilərlər. Lakin düşünmürəm ki, ümumi şəkildə PKK üçün Azərbaycan bir hədəfə çevrilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB