Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan 19 ölkənin qurumdakı daimi nümayəndəsinin Azərbaycan və Ermənistana səfəri başlayır. ATƏT-in Bakı ofisindən SİA-ya verilən məlumata görə, səfirlər bu gün və sabah Bakıda olacaqlar. Səfərin əsas məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.
Qeyd edək ki, səfər çərçivəsində hökumət nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB