"İctimai Palata" sıradan çıxacaq MÖVQE

Elşən Manafov: "Etiraf etmək lazımdır ki, müxalifət ideoloji konteksdə hakimiyyətə böyük hesabla uduzub"
"İctimai Palata" sıradan çıxacaq MÖVQE

"İctimai Palata" adlanan qurum müxtəlif ideya və təkliflərlə gündəmə gəlməyə calışır. SİA-nın əməkdaşı qurumun siyasi arenada fəaliyyətini saf-çürük etmək üçün Demokratik Sol Partiyasının sədri Elşən Manafovdan münasibət öyrənib.

Onun sözlərinə görə, "İctimai Palata"da təmsil olunan siyasi qüvvələrin son hərəkəti qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Müxalifət qüvvələrin hakimiyyətin ünvanına anormal mövqedən çıxış etməsi onların konyektura maraqlarından irəli gəlir: "Burada maraqlı məqam ondan ibarətdir ki, "İctimai Palata"nın özündə belə birlik yoxdur. Artıq məlum olub ki, "İctimai Palata" 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı vahid namizəd məsələsini müəyyən vaxt üçün arxaya qoyub. Bu da təbii ki, AXCP və Müsavat arasında siyasi ambissiyalarla bağlı məsələlərdən irəli gəlir. AXCP və Müsavat liderlərinin bir-birinə olan düşməncilik münasibətləri günü-gündən artır. Açıq Cəmiyyət Partiyası liderinin "İctimai Palata" da təmsil olunan siyasi qüvvələrin, o cümlədən Müsavatın mövqeyini çox kəskin tənqidi, ittihamları artıq mətbuatın diqqət mərkəzindədir. Bütün bu məsələlər onu göstərir ki, müxalifətdəki siyasi pərakəndəlik davamlı xarakter daşıyır. Bu gün müxalifət özünün sosial bazasını yetərincə itirib. Müxalifət hakimiyyətin dioloqla bağlı mövqeyinə daha fərqli və obyektiv mövqe sərgiləsə daha məqbul olar".

Partiya sədrinin sözlərinə görə, bu gün hakim partiyanın rəsmiləri o cümlədən, YAP-ın Sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov bəyan edib ki, siyasi baxışlarından aslı olmayaraq Yeni Azərbaycan Partiyası Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlarla bu və ya digər məsələ ətrafında konustruktiv əməkdaşlığa, dioloqa və müzakirələrə hazırdır. Belə bir mövqe YAP-ın bir daha konstruktiv münasibətlərin qurulmasında maraqlı olduğunu sərgiləyən çox ciddi mövqe və bəyanatdır. Bu səpkili mövqe Azərbaycanda hakim partiya ilə münasibətləri məhz konstruktiv münasibətlər zəminində inkişaf etdirmək istəyən müxalif siyasi partiyaların mövqelərinə də uyğundur. Bundan əlavə etiraf etmək lazımdır ki, müxalifət ideoloji konteksdə də hakimiyyətə uduzub. Bir sözlə, hakimiyyətin müxalifət üzərində üstünlüyü göz qabağındadır. Bundan əlavə olaraq istər beynəlxalq təşkilatların, istərsə də Azərbaycan olan təşkilatların keçirdikləri rəy sorğular göstərir ki, bütün hallarda Prezident İlham Əliyev irəllidədir. Bu da onu deməyə əsas verir ki, gələn il keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin qalib gəlməsi heç bir şübhə doğurmur.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə