Elnur Aslanov: “Ermənistanın atdığı istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur” - AÇIQLAMA

Elnur Aslanov: “Ermənistanın atdığı istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur” - AÇIQLAMA

"Qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilən "seçkilər"lə bağlı rəsmi Bakının mövqeyi aydındır. İstər Avropa Birliyi, istərsə də bir çox ölkələr qondarma rejimdə keçirilən şounu pislədilər və öz mövqelərinin qətiyyətlə ortaya qoydular". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib.


Şöbə müdiri bildirib ki, hazırda Dağlıq Qarabağdakı separatçı rejim rəsmi İrəvan tərəfindən idarə olunur: "Orada atılan istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur. Biz hər zaman demişik ki, Ermənistan daha konstruktiv mövqe göstərməli və regionda status-kvonun qorunmasına deyil, bölgədə vəziyyətin dəyişməsinə və sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır".


Bütün xəbərlər Facebook səhifəmizdə