Ermənistan Respublikası Azərbaycanın ərazilərini işğal etmək və yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti aparmaqla işğal edilmiş ərazilərdə qanunsuz rejim yaradıb. Qondarma "seçkilər" Ermənistanın işğal edilmiş ərazilərin anneksiya edilməsi və Azərbaycan ərazilərinin davam edən işğalının nəticələrini təşviq etmək məqsədi güdən siyasətini ört-basdır etmək məqsədilə keçirilir.
SİA-nın verdiyi məlumata görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində sabah qondarma "prezident seçkiləri"nin keçirilməsi ilə bağlı yaydığı bəyanatıdır.
Xarici İşlər Nazirliyindən həmçinin bildiriblər ki, yerli azərbaycanlı əhalinin iştirakı olmadan və Azərbaycan Respublikasının müvafiq strukturları tərəfindən lazımı icazə verilmədən bu cür addım atılması Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir.
Legitim seçkilərin keçirilməsi yalnız Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, işğal edilmiş ərazilərdən qovulmuş azərbaycanlı əhalinin geri qayıtması və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlar əvəzinə öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bütün regionda davamlı sülh, təhlükəsizlik və inkişaf üçün yeni perspektivlər açmağa çağırır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB