DSX Akademiyasında ilk məzun buraxılışı oldu

DSX Akademiyasında ilk məzun buraxılışı oldu

Bu gün Dövlət Sərhəd Xidməti Akademiyası (DSX) məzunlarının ilk buraxılışı ilə əlaqədar Dövlət Bayrağı Meydanında tədbir keçirilib. SİA-nın məlumatına görə, DSX-nın nümunəvi hərbi orkestrının müşayiəti ilə Dövlət Himni oxunduqdan sonra ilk məzunlara diplom təqdim olunub.

Qeyd edək ki, DSX-nın zabit sırlarına daxil olan gənc leytenantlar "Sərhədçi andı" içiblər. Daha sonra gənc zabitlər və onların valideynləri çıxış edərək dövlətimizinin hərb sahəsində göstərdiyi üstün xidmətlərin və əldə etdiyi uğurların cənab Prezident İlham Əliyevin siyasətinin bariz nümunəsi olduğunu vurğulayıblar.

Sonda isə gənc zabitlərimiz Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və Şəhidlər xiyabanında respublikamızın müstəqilliyi uğrunda canını qurban vermiş 20 yanvar şəhidlərinin məzarını ziyarət edərək gül və əklillər qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə