Həmsədrlər \"qəhrəmanlıq səlnaməsi\" yazacaqlar

Həmsədrlər \"qəhrəmanlıq səlnaməsi\" yazacaqlar

Üç ölkənin təmsilçisi təmas xəttinin qarşı tərəfinə Tərtər istiqamətindən keçəcəklər


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 11-də Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçirəcəklər.


Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçmələri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə