Avropa Birliyi prezidenti Herman van Rompey Ermənistana səfər edəcək

Avropa Birliyi prezidenti Herman van Rompey Ermənistana səfər edəcək
Bu gün Avropa Birliyi prezidenti Herman van Rompey Ermənistana səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, AB prezidenti səfər çərçivəsində prezident Serj Sərkisyan, parlamentin spikeri Xovik Abramyanla görüşəcək. Daha sonra Ermənistan parlamentində çıxış edəcək.

Ermənistandan sonra Gürcüstana səfər edəcək AB prezidenti Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili və parlamentin sədri David Bakradze ilə görüşəcək.

Herman van Rompeyin Azərbaycana isə iyulun 5-də gəlməsi gözlənilir. AB prezidenti ölkəmizə səfər çərçivəsində prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədovla görüşəcək. Herman van Rompey Azərbaycan Dillər Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edəcək, ona universitetin fəxri doktoru adı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə