"Metsamor atom elektrik stansiyası – Cənubi Qafqaz və Avropa üçün daimi təhlükə”

Millət vəkili Qənirə Paşayevanın hazırladığı qətnamə layihəsini müxtəlif ölkələrdən olan millət vəkilləri imzalayıblar


Azərbaycanın AŞPA dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevanın hazırladığı "Metsamor atom elektrik stansiyası – Cənubi Qafqaz və Avropa üçün daimi təhlükə" adlı Qətnamə layihəsi AŞPA-nın Bürosunda və Avropa Şurasının digər strukturlarında müzakirə olunacaq.


SİA-nın verdiyi məlumata görə, "Metsamor atom elektrik stansiyası – Cənubi Qafqaz və Avropa üçün daimi təhlükə" adlı Qətnamə layihəsi AŞPA-nın Bürosunda və Avropa Şurasının digər strukturlarında müzakirə olunacaq. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevanın hazırladığı qətnamə layihəsini müxtəlif ölkələrdən olan millət vəkilləri imzalayıblar və AŞPA-nın Bürosunda müzakirə olunacaq rəsmi sənəd qurumun sessiyası çərçivəsində yayılıb. Qeyd edək ki, prosedur qaydalarına görə, bu sənəd beş üzv dövlətin 20 deputatı tərəfindən imzalanmalıdır. Sənəd AŞPA-nın Bürosunda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı sənədə 25-ə yaxın Avropalı millət vəkili imza atıb.


Qəntamə layihəsində deyilir: "Ermənistanda yerləşən Metsamor stansiyası Cənubi Qafqaz və Avropa regionu üçün ən böyük təhlükələrdən biridir. Seysimoloji cəhətdən fəal zonada yerləşən Metsamor atom elektrik stansiyasının fəaliyyətinin dərhal dayandırılması ilə bağlı məsələ dəfələrlə Parlament Assambleyasında qaldırılmışdır. Məsələ burasındadır ki, əgər hər hansı ciddi bir hadisə baş verərsə, Azərbaycan hökumətinin evakuasiya üçün 24 saatdan da az vaxtı qalacaqdır. Bundan əlavə, qısa bir vaxt kəsiyində Cənubi Qafqazın əksər hissəsində həyatı məhv etmək gücündə olan Metsamor AES 11 ballıq zəlzələ riski olan bir ərazidə yerləşmişdir. Ermənistan tərəfi sonuncu dəfə Avropa İttifaqının 2011-ci ildə Metsamorun fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd etmiş və ölkənin enerji ehtiyatlarının qarşılanması üçün ona 100 milyon dollar maliyyə yardımı edilməsi təklifini irəli sürmüşdür. Avropa İttifaqının Metsamor AES-in fəaliyyətini dayandırmaq ilə bağlı Ermənistana çağırışlarına baxmayaraq, rəsmi Yerevan 1974-cü ildə tikilmiş olan stansiyanı 1995-ci ildə yenidən istismara başlamışdır".


Qəntamə layihəsində Türkiyədən cəmi 16 km uzaqlıqda, İrandan 60 km uzaqlıqda, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 km uzaqlıqda yerləşmiş Metsamor AES-in təkcə Azərbaycan üçün deyil, regionun digər ölkələri üçün də təhlükə mənbəyi olması xüsusi vurgulanır.


Sənəddə deyilir: "Regionun və Avropanın bugünkü və gələcək təhlükəsizliyini nəzərə alaraq və Metsamor AES-in yerləşdiyi Ermənistanın stansiya ilə bağlı yerləşmə tələbləri və texniki şərtləri qarşılaya bilməməsinə vurğu edərək, Assambleya aşağıdakıları tövsiyə edir:


* məsələ ilə bağlı təcili və ətraflı araşdırma aparmaq üçün xüsusi məruzəçinin təyin edilməsi;


* müvafiq ixtisaslı parlamentarilərdən ibarət olan fakt araşdırıcı qrupun formalaşdırılması;


* Ətraf Mühit, Kənd Təsərrüfatı, Yerli və Regional Məsələlər üzrə Komitədən və Hüquqi Məsələlər və İnsan Hüquqları üzrə Komitədən məsələ ilə bağlı tanınmış mütəxəssislərin iştirakı ilə dialoqun keçirilməsi üçün təcili bazanın formalaşdırılması".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...