YAP Səbail rayon təşkilatı yarım illin hesabatını verdi - FOTO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin toplantısı keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantıda müzakirəyə 7 məsələ çıxarılıb. Bunlar YAP Səbail rayon təşkilatının 2012-ci ilin birinci yarısı üzrə statistik hesabat, rayon təşkilatının uçotunda olan lakin iş və yaşayış yerlərini dəyişmiş üzvlərinin siyahında çıxarılması və digər məsələlər olub.

YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov partiya üzvlərinin statistik hesabatı zamanı bildirib ki, müvafiq müəsissə və təşkilatlardakı partiya sədrləri üzvlərin sayı ilə bağlı dəqiq məlumat çatdırmır. Bu onların işlərinə məsuliyyətsiz yanaşmalarından irəli gəlir. Bundan başqa ali məktəblərdə bir vaxtlar təhsil alan tələbələr var ki, təhsillərini başa vurduqdan sonra müxtəlif yerlərə gediblər, lakin onların adı Səbail rayon təşkilatı sıralarındadır.

Zahid Qaralov bu məsələdə təhsil müəsissələri rəhbərlərinin məsuliyyətsizliyi ilə əlaqələndir. Daha sonra gündəlikdə olan məsələlər idarə heyəri üzvləri tərəfindən qəbul olunub.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...