Mübariz Qurbanlı: \"Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub\"

Mübariz Qurbanlı: \"Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub\"
Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və işğal olunmuş ərazidə hansısa bir seçkinin keçirilməsi beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Bunu YAP-ın icra katibinın müavini Mübariz Qurbanlı jurnalistələrə açıqlamasında bildirib.

\"Dünyada mövcud qanunlar və qaydalar var. Yalnız Azərbaycanın ərazisi deyil, ayrı-ayrı ölkələrdə də işğal olunmuş ərazilər var. BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar və sənədlər var ki, həmin sənədlər işğal olunmuş ərazilərdə hər hansı bir seçkinin keçirilməsini qəbul etmir. Bildiyiniz kimi BMT-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsi, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədləri var. Hesab edirəm ki, İrəvan rejmi tərəfindən Dağlıq Qarabağda keçirilən seçki heç kim tərəfindən tanınmır və heç zamanda tanınmayacaq. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir və hazırda işğal altındadır. Bu fakt beynəlxalq sənədlərdə öz təsdiqini tapıb\".

İcra katıbinin müavinin sözərinə görə, hər hansı bir qondarma, oyuncaq rejimin yaradılması Azərbaycan, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmir, burada keçirilən seçkilərdə qanuna zidd sayılır. Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun himayəsindədir: \"Biz ATƏT-in Minsk Qrupundan hər dəfə oyuncaq rejimdə keçirilən seçkilərlə bağlı mənfi rəylər eşidirik. Ancaq zamanı çatıb ki, beynəlxalq təşkilatlar Qarabağda keçirilən seçkilərlə bağlı sərt mövqe ortaya qoyub siyasi xarakterli sanksiyalar tətbiq etsinlər.

Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub və işğal altında olan ərazilərdə keçirilən seçkilər beynəlxalq hüqüq normalarına zidd olduğundan bu seçkilər beynəlxalq ictimayyət tərəfindən qəbul olunmayacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə