Müdafiə Nazirliyi: \"Azərbaycanlı zabitlərin vəziyyəti ağır olaraq qalır\"

Müdafiə Nazirliyi: \"Azərbaycanlı zabitlərin vəziyyəti ağır olaraq qalır\"
\"Azərbaycan Ordusunun iki zabiti kapitan Verdiyev İlqar Tapdıq oğlu və kapitan Məmmədov Zahir Allahqulu oğlunun vəziyyətləri ağır olaraq qalır\". Bunu SəsTV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib. Onun sözlərinə görə, hazırda dəyişən heç bir şey yoxdur: "Hər iki yaralının vəziyyəti eyni şəkildə ağır olaraq qalmaqdadır. Hazırda onların sağaldılması istiqamətində işlər davam etdirilir".


Xatırladaq ki, hadisə iyunun 10-da Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində, Goranboy istiqamətində qeydə alınıb. Belə ki, Kapitan Verdiyev İlqar Tapdıq oğlu və kapitan Məmmədov Zahir Allahqulu oğlu minaya düşərək təcili olaraq hospitala yerləşdiriliblər. İlqar Verdiyevin qolu, Zahir Məmmədovun isə ayağı amputasiya olunub.


Qeyd edək ki, İlqar Verdiyev bir müddət əvvələ qədər Müdafiə Nazirliyinin mətbuat xidmətinin zabiti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə