\"Bakı Kristal Zalı\" dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz

\"Bakı Kristal Zalı\" dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz
\"Azərbaycanın ev sahibliyi etdiyi 57-ci \"Eurovision\" mahnı müsabiqəsinin keçirildiyi \"Bakı Kristal Zalı\"nın dövlət müəssisəsi kimi fəaliyyət göstərməsi düzgün deyil\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.


Onun sözlərinə görə, müsabiqənin keçirildiyi arena özəl sektora məxsusdur: \"Həmin arenada digər beynəlxalq əhəmiyyətli dövlət tədbirləri də həyata keçirmək mümkündür. Çalışmaq lazımdır ki, ora gəlir daha çox gəlsin. Onu da qeyd edim ki, zal dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz, çünki dövlətin onu maliyyələşdirməyə gücü çatmaz. Ona görə də arenanın özəl sektor kimi fəaliyyəti daha məqsədə uyğundur\".

Bütün xəbərlər Facebook səhifəmizdə