Sərhəd hərbi-idman oyununun final mərhələsi keçirilir

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində

DSX və Gənclər və İdman Nazirliyi nümayəndələrinin iştirakı ilə Sərhəd hərbi-idman oyununun final mərhələsinin rəsmi açılışı olub. SİA-nın xəbərinə görə, açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev iştirak edib.

Tədbirdə çıxış edən general-mayor Məhəmməd Abbasquliyev qeyd edib ki, bu gün hərbi vətənpərvərlik yarışları gənclərin milli ruhda tərbiyə olunmasına böyük dəstək verir: \"Azərbaycanda bu gün hərbiçilik daha da inkişaf edir. Bu özünü sərhəd xidmətində də göstərir\". Rəis müavini keçirilən tədbirdən danışaraq bildirib ki, bu gün burada 8 komanda iştirak edir. O yarışda iştirak edən hər bir komandaya uğurlar arzulayıb.

Eyni zamanda tədbirdə çıxış edən gənclər və idman nazirinin müavin İntiqam Babayev qeyd edib ki, bu cür yarışların keçirilməsi gələcəkdə sərhədlərin daha da möhkəm qorunmasında mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...