Bakı-Tiflis-Ərzurum qaz kəmərində təmir sürətləndirilib

Bakı-Tiflis-Ərzurum qaz kəmərində təmir sürətləndirilib

Bakı-Tiflis-Ərzurum qaz kəmərinin bir neçə gün əvvəl partlayış baş verən hissəsində bərpa işləri sürətləndirilib. Bunu kəmərin bu hissəsinə cavabdeh olan Türkiyənin BOTAŞ şirkətindən bildiriblər. Məlumata görə, yararsız hala düşən boruların tezliklə yeniləri ilə əvəzlənməsinə başlanacaq.


Qeyd edək ki, Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə "Şahdəniz" yatağından hasil olunan qaz nəql olunur. Partlayışdan sonra qazın nəqli dayanıb.


Layihənin Azərbaycan və Gürcüstan üzrə operatoru "BP - Azərbaycan" şirkətindən isə bildiriblər ki, Türkiyə ərazisində təmir işləri başa çatan kimi qazın nəqlinə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə