Andorra Knyazlığının xarici işlər naziri Qilbert Saboya Sunyen iyunun 3-dən 5-dək Azərbaycanda rəsmi səfərdə olacaq. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SİA-ya verdiyi məlumata görə, Andorranın xarici işlər naziri ilə keçiriləcək görüşlərdə iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələrin inkişafı və perspektivləri müzakirə ediləcək. Andorralı nazirlə birlikdə iş adamları da səfərə gələcəklər və Bakıda Andorra-Azərbaycan biznes forumu keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə