Rüstəm Məmmədov: “İranın apardığı siyasət o qədər qəlizdir ki, bu məntiqi heç özləri də anlamır”-MÖVQE

Rüstəm Məmmədov: “İranın apardığı siyasət o qədər qəlizdir ki, bu məntiqi heç özləri də anlamır”-MÖVQE

"Azərbaycana qarşı mütəmadi və daimi qərəzli mövqedən çıxış edən ölkə məhz İran İslam Respublikasıdır. Bugün İranın siyasəti başa düşülən deyil". Bunu SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib. O bildirib ki, bir sıra müddəalar irəli sürülərək bunun qarşısını almaq ideyası gündəmə gətirilir. Onun sözlərinə görə, 80-85 milyonluq əhalisi olan İranda qərəzli mövqedən çıxış edən mühafizəkarlar qrupu müxtəlif bəhanələr gətirərək mütəmadi olaraq Xəzəryanı beş dövlətdən obyekt kimi məhz Azərbaycanı seçiblər.

"Azərbaycan xarici neft şirkətlərilə işləyir, müstəqil xarici siyasət yeridir, dünyada gedən inteqrasiya proseslərinə qoşulur. Təbii ki, bu məsələlər İranı qıcıqlandırır. Bunu İran nümayəndələrinə mütəmadi olaraq demişəm. Onların aparıdğı bu siyasət o qədər qəlizdir ki, bu məntiqi heç özləri də anlamırlar. Onlar özləri Amerika və İsrail ilə olan qarşıdurmadan çıxmaq istəyirlər. Mütəmadi olaraq İranın üstünü "qara buludlar" alır. Bu Qərb dünyası ilə İran arasında yaşanan qarşıdurmalar məntiqi izahını tapa bilmir. İranın bildirir ki, nüvə proqramları dinc proqramlardır, lakin tam mənası ilə hərbi raketlər sınaqdan həyata keçirilir", - deyə o əlavə edib.

R.Məmmədov vurğulayıb ki, hərbə, zorakılığa yol açan istiqamətlə getmək lazım deyil: "Yəni, hərbə sərmayə sərf olunursa, deməli bu məqsədli xarakter daşıyır və qarşısı alınmalıdır. Bu gün İranın maddi durumu çətinləşib, milli gəliri azalıb. İran bunlar haqqında düşünməlidir. Hədsiz dərəcədə hərbi xərclər dünyanı da qorxuya salır, çünki İranın siyasəti az idarəolunan dövlətlər siyahısındadır. Az idarəolunan ölkələrdə hərbi qüvvə inkişaf etdikcə bu dünyanı şübhələndirir. Yəni, gələcək də regional təhlükəsizlik pozula bilər, iri dövlətlərlə yarışa girə bilər və təbii ki, bu İrana özlüyündə baş ucalığı gətirməyə bilər.

Azərbaycan mütəmadi surətdə İrana güzəştə gedir. Biz etnik, dini və milli cəhətdən çox yaxınıq. İranın bugünki durumu çox qeyri-müəyyəndir. İran kimi etnik cəhətdən zəngin bir ölkə bu vəziyyətə düşməməlidir, ağıllı məntiqə söykənərək dünya inteqrasiyasına qoşulmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə