BMT-nin xüsusi məruzəçisi Bakıda işgüzar səfərdə olacaq

BMT-nin xüsusi məruzəçisi Bakıda işgüzar səfərdə olacaq

Mayın 16-dan 23-dək BMT-nin xüsusi məruzəçisi Anand Qrover Bakıda işgüzar səfərdə olacaq. BMT-nin Bakı nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, Anand Qroverin səfərinin məqsədi ölkədə səhiyyə sisteminin qiymətləndirilməsidir. O, maliyyələşdirmə şərtlərini, həmçinin həbsxanalarda, müvəqqəti cəzaçəkmə məntəqələrində, vərəm xəstələri üçün müalicə müəssisələrində tibbi xidmətlərin keyfiyyətini araşdırmaq niyyətindədir.

"Mən vərəmin ciddi problem olduğu ölkədə vətəndaşların sağlamlıq hüquqlarını araşdırmağı planlaşdırıram. Vərəm ictimai sağlamlıq üçün xüsusi təhlükə daşıyır", - Anand Qrover söyləyib.

Qeyd edək ki, xüsusi məruzəçi Azərbaycana dövlətin dəvəti ilə gəlir. Səfər çərçivəsində o, parlament üzvləri, ictimaiyyət nümayəndələri, həkimlər və digərləri ilə görüşlər keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə