Hacıbala Abutalıbov: “Gül bayramı ilə bağlı xaricdən 116 ton gül gətirilib\"

\"Azərbaycan paytaxtında keçirilən Gül bayramı tədbirlərində istifadə olunan güllərin sayı milyonu keçib\". SİA-nın məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan müxtəlif növ 116 ton gül gətirilib. H.Abutalıbov deyib ki, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə isə xüsusi diqqətlə yanaşılıb.


BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını vurğulayıb.


H.Abutalıbov parkın mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacağını bildirib.


Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsi barədə danışan BŞİH başçısı deyib ki, yarışma keçirilən günlərdə Bakıda bir-birindən fərqli və maraqlı tədbirlər baş tutacaq: "Bu tədbirlər Bakıya gələn qonaqlar üçün sürpriz olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə