Mətbuat Şurasının sədri İsveçrədə keçiriləcək seminara qatılacaq

Mətbuat Şurasının sədri İsveçrədə keçiriləcək seminara qatılacaq

Mətbuat Şurasının sədri Əflatun Amaşov İsveçrənin Cenevrə şəhərində "Avroviziya-2012" öncəsi Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı keçiriləcək seminarda iştirak edəcək. MŞ-dan SİA-ya verilən məlumata əsasən, 3 may Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş tədbir Avropa Yayım İttifaqının təşəbbüsü ilə baş tutacaq.

Dünyanın nüfuzlu media qurumları və insan hüquqları təşkilatları nümayəndələrinin qatılacaqları toplantıda ölkəmizdən də qeyri-hökumət təşkilatları təmsilçiləri iştirak edəcəklər. Azərbaycandan tədbirə həmçinin dövlət rəsmilərinin də qatılmaları nəzərdə tutulur.


Qeyd edək ki, seminarın mayın 2-də Avropa Yayım İttifaqının Cenevrədəki mənzil-qərargahında keçirilməsi planlaşdırılır.



Bütün xəbərlər Facebook səhifəmizdə