Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüş keçirib. XIN-nin mətbuat xidmətində SİA-ya verilən xəbərə görə, görüşdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin hazırkı durumu ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB