Azərbaycan XİN: \"Libermanın Azərbaycana rəsmi səfəri kiməsə qarşı yönəlməyib\"
İsrailin Xarici İşlər Naziri Aviqdor Libermanın Azərbaycana rəsmi səfəri kiməsə qarşı yönəlməyib. SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycan öz qonşuları ilə mehriban qonşuluq siyasətində maraqlıdır və ölkənin xarici siyasəti regional inkişafa yönəlib: "Azərbaycana qarşı hər hansı bir ittiham absurddur. İran, Azərbaycan və Türkiyənin XİN rəhbərlərinin Naxçıvan görüşü Azərbaycanın regional münasibətlərə verdiyi qiymətin ən parlaq nümunəsidir".
Aviqdor Libermanın Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı İranla bağlı müzakirələr aparılmadığını deyən E.Abdullayev bidirib ki, görüşdə ikitərəfli münasibətlər diqqət mərkəzində olub: "Liberman ölkəmizin iqtisadi inkişafının göz önündə olduğunu qeyd edərək, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda görüş zamanı Azərbaycanla İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd olunub. İsrailli rəsmi ölkəmizi BMT TŞ-da görməkdən məmnun olduğunu vurğulayaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. Nazir Elmar Məmmədyarov İsrailli həmkarına Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli prosesi istiqamətində atılan addımlar barədə məlumat verib. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB