Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür. SİA-nın məlumatına görə, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də Ağdam şəhərində anadan olub. 1988-ci ildə ermənilərin Qarabağa təcavüzünün ilk günlərindən xalq hərəkatına qoşulub, 1990-cı ilin yanvarında könüllülərdən ibarət "Vətən oğulları" batalyonunu yaradıb, düşmənə qarşı rəşadətlə vuruşub. 1992-ci ildə Qarakənd əməliyyatına başçılıq edib, ermənilərin bir neçə dayaq məntəqəsini məhv edib, Xocalı faciəsi zamanı yüzlərlə dinc əhalini xilas edib, çoxlu sayda insanı əsirlikdən geri alıb. Allahverdi Bağırovun rəhbərlik etdiyi batalyon 1992-ci il iyunun 12-də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndlərini düşməndən azad edib. Döyüşdən sonra döyüşçü məntəqələrini yoxlayıb geri qayıdarkən mindiyi maşında minaya düşüb və həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə