DİN və FHN Qaradağ rayonunda baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

DİN və FHN Qaradağ rayonunda baş vermiş yol qəzası ilə bağlı rəsmi məlumat yayıb
Azərbaycan Daxili İşlər və Fövqəladə Hallar Nazirlikləri aprelin 20-də Qaradağ rayonunda baş vermiş ölümlə nəticələnən yol qəzası ilə bağlı rəsmi məlumat yayıblar. SİA-nın məlumatına görə, qəzanın saat 16.15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verdiyi bildirilib. Belə ki, Bakı şəhər sakini Eldar Vahidov idarə etdiyi \"Daewoo\" markalı avtobusu Naib Nəzərəliyevin idarə etdiyi \"Ford\" markalı avtomaşına, sonra isə qarşıda gedən, Salyan rayon sakini Əhmədağa Cəbrayılovun idarə etdiyi \"KamAZ\" markalı avtomaşına vurub. Nəticədə, E. Vahidov və sərnişinlərindən Lizi Veroşpili hadisə yerində ölüb, xəsarət almış digər 15 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə