Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul edib

Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncını qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı təşkilatın əhəmiyyəti vurğulanaraq, üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.
Görüşdə cari və növbəti illərdə təşkilatın qarşısında duran məqsəd və vəzifələr, habelə, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə