Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlığa dair müqavilə imzalayacaqlar
Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlığa dair müqavilə imzalayacaqlar. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib.
Onun sözlərinə görə, bu sənəd ölkənin hərbi-sənaye komplekslərinin inkişaf etdirilməsinə daha çox imkan yaradacaq: "Rusiyanın yalnız Belarus dövləti ilə belə müqaviləsi var. Mənim bu barədə rus həmkarım Nikolay Patruşevlə apardığım danışıqlar çox məhsuldar keçib. Sənədin hazırlanması üçün işçi qrupu təsis edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB