Millət vəkili: \"Azərbaycan istənilən beynəlxalq problemin hüquqi yolla və qarşılıqlı maraqlar vasitəsilə həllinin tərəfdarıdır\"
\"Azərbaycan beynəlxalq hüquqa hörmət etmək yolu ilə beynəlxalq təhlükəsizlik sisteminə əhəmiyyətli töhfə verir. Eyni zamanda, Azərbaycan istənilən beynəlxalq problemin hüquqi yolla və qarşılıqlı maraqlar vasitəsilə həllinin tərəfdarıdır\". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, ölkəmiz dünyanın müxtəlif regionlarında sabitliyin yaradılmasına istiqamətlənən bütün beynəlxalq mexanizmlərdə fəal iştirak edir. Onun sözlərinə görə, Azərbaycan iqtisadi sahədə stabilləşdirici rol da oynayır: \"Azərbaycan öz maliyyə imkanlarından istifadə etməklə, ehtiyacı olan ölkələrin iqtisadiyyatlarına sərmayə yatırmaqla onlara çox uğurlu şəkildə yardım göstərir. Ümumilikdə, Azərbaycan qlobal təhlükəsizliyin təminatı işinə əhəmiyyətli töhfə verir. 155 dövlətin öz səsini Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilməsi üçün verməsi ölkəmizin beynəlxalq arenada xüsusi çəkiyə malik olduğuna bir sübutdur. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq arenada yüksək nüfuza malik olmasına dair bundan parlaq göstərici ola bilməz\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB