Sabah paytaxtda 28 dərəcə isti olacaq

Sabah paytaxtda 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Aprelin 11-12-də respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Bakıda və Abşeron yarımadasında mülayim cənub küləklərinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə