V. Matviyenko: \"Azərbaycanın TŞ-də iştirakı bir çox beynəlxalq məsələlərin həllində əməkdaşlığımıza imkan yaradacaq\"

V. Matviyenko: \"Azərbaycanın TŞ-də iştirakı bir çox beynəlxalq məsələlərin həllində əməkdaşlığımıza imkan yaradacaq\"

\"Biz əməkdaşlığın yeni formaları üzərində düşünürük, çünki dövlətlərimizin liderlərinin münasibətləri, onların qarşılıqlı anlayışı bizim qarşımızda bu əlaqələri daha da yüksək səviyyəyə çıxarmaq vəzifəsi qoyur. Dialoq ən yüksək siyasi səviyyədə çox fəal inkişaf edir, parlamentlər əlbəttə ki, geridə qalmamalıdır və əməkdaşlığın genişlənməsinə yardımçı olmalıdır". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

V. Matviyenko regionları birləşdirən palatanın sədri kimi regionlararası əlaqələrin inkişafına da xüsusi önəm verdiyini söyləyib: "Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin Azərbaycanın müxtəlif rayonları və şəhərləri ilə əlaqələri var. Bu sahədə böyük potensial mövcuddur və sona qədər istifadə olunmayıb. Rusiya və Azərbaycan parlamentləri bu əməkdaşlığa şərait yaratmaq, onun hüquqi zəminini möhkəmlətmək məqsədilə hər şeyi etməlidir".


V. Matviyenko həmçinin Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsinə şad olduqlarını bildirib. Onun fikrincə, bu, iki ölkənin beynəlxalq səviyyədə əməkdaşlığı üçün də yeni imkanlar açır: "Əksər məsələlər üzrə bizim mövqelərimiz yaxın oluduğu kimi, eyni zamanda üst-üstə də düşür. Azərbaycanın Təhlükəsizlik Şurasında iştirakı bir çox beynəlxalq məsələnin həllində əməkdaşlığımıza imkan yaradacaq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi faktı Azərbaycanın dünyadakı nüfuzunu göstərir", -deyə şura sədri sözlərinə əlavə edib.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə