Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-da atəşkəs rejimini pozub. Erməni ordusu saat 17.10-dan 17.35-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində, saat 23.35-dən 23.45-dək Ermənistanın İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində, aprelin 7-də saat 02.20-dən 02.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə