“Avronest”in həmsədri Gənclər Təşkilatı Milli Şuranın baş katibi ilə görüşüb - FOTO

“Avronest”in həmsədri Gənclər Təşkilatı Milli Şuranın baş katibi ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şuranın (ARGTMŞ) baş katibi Orxan Ərəbov Avronest parlament Assambleyasının həmsədri Kristian Vigenin ilə görüş keçirib. ARGTMŞ-dan SİA-ya verilən məlumata görə, görüşdə həmsədrə Azərbaycanda gənclər təşkilatları, Milli Şuranın fəaliyyəti, həyata keçirdiyi layihə, proqram və kampaniyalar haqqında məlumat verilmiş və digər işlər müzakirə olunub.


Milli Şuranın Avropa Birliyi, Avropa Şurası və digər Avropa platformaları ilə əlaqə imkanlarının hazırkı vəziyyəti və gələcəkdə inkişaf etdirilməsi perspektivlər ətrafında müzakirələr olub.

Qeyd edək ki, görüşdə Milli Şuranın beynəlxalq əlaqələr üzrə katib Nail Abdulov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə