Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin martın 29-da ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Filip Qordonla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bərabər, Dnestryanı münaqişənin tənzimlənməsi sahəsindəki perspektivlər də müzakirə olunub. Karasin və Qordon Cənubi Qafqaz dövlətləri ilə münasibətdə qarşılıqlı maraq doğuran məsələlər barədə də danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB